Elçin Behbudov məhkum əsgərlərlə görüzüb

img

15-07-2009 [07:57]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Müdafiə Nazirliyinin Salyan rayonunun Xıdırlı kəndində yerləşən intizam xarakterli N saylı hərbi hissəsində monitorinq keçirib. E.Behbudovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, monitorinq zamanı orada cəzə çəkən əsgərlərlə görüşüb: ?Monitorinqi köməkçim Elşad Həmidovla birgə apardıq. Həmin hərbi hissədə maksimim 2 ilə qədər məhkum edilmiş 80-dən çox əsgər saxlanılır. Onların əksəriyyəti dalaşmağa və hərbi hissəni özbaşına tərk etməyə görə Cinayət Məcəlləsinin 322 və 333-cü maddələri ilə məhkum olunublar. Monitorinq zamanı məhkum əsgərlərlə söhbət apardıq. Onlar saxlanma şəraitlərindən və onlarla rəftardan şikayət etmədilər. Onlara verilən yemək də adi əsgər yeməyindən heç nə ilə fərqlənmir. Yataqxana şəraitləri də normaldır, döşəməsi taxtadır. Məhkum əsgərlər arasında vərəmli xəstələr yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA