FHN və MTN-nin akademiyalarına qəbulun nəticələri açıqlandı

img

15-07-2009 [07:18]


2009/2010-cu tədris ili üçün Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Fövqəladə Hallar Nazirliyinin ?Fövqəladə hallar və həyat təhlükəsizliyi? ixtisasına keçid balı 219, ?Yanğın təhlükəsizliyi? ixtisasına isə keçid balı 161 olub. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin I ixtisas qrupuna daxil olan ?İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi? ixtisasına keçid balı 261 bal olub. Müsabiqə nəticəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Adı çəkilən ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA