Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yeni yoxlamalara hazırlazır

img

15-07-2009 [05:54]


Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı şəhəri ərazisində fəaliyyət göstərən bəzi qida hazırlanması və satışı obyektlərində yeni yoxlamalara başlayacaq. Mərkəzin qida şöbəsinin müdiri İmran Abdullayev Müstəqil İnformasiya Agentliyinə bildirib ki, bu dəfəki reydlərə toyuqdan qril hazırlayan obyektlər cəlb olunacaq. Şöbə müdirinin sözlərinə görə, yay fəsli başlayandan bəri qril hazırlanan yerlərdəki sanitar vəziyyətlə bağlı xeyli şikayətlər daxil olub. Müşahidələr də bəzi yerlərdə təmizliyə riayət olunmadığını göstərir. İ.Abdullayev deyib ki, reydlər zamanı normalara cavab verməyən yerlərdə toyuqdan qril hazırlanmasına qadağa qoyulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA