Altı ayda yol qəzaları 370 nəfərin həyatına son qoyub

img

15-07-2009 [05:50]


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, yol-nəqliyyat hadisələri insan ölümünün doqquzuncu səbəbi kimi tanınır. Hazırda dünya üzrə il ərzində 1,4 milyon nəfər yol-nəqliyyat hadisələri zamanı həyatını itirir. Mütəxəssislər bu rəqəmin yaxın illərdə 2 milyon nəfərə çatacağını bildirirlər. ÜST-in araşdırmaları göstərir ki, bir sır ölkələrdə ölümlə nəticələnən yol qəzalarının sayı ildən-ilə sürətlə artır. Məsələn, qardaş Türkiyədə hər il 10 min nəfər yol qəzalarının qurbanı olur. Rusiayda isə yol qəzaları bundan da çox ölümə səbəb olur. Azərbaycanda isə yol-nəqliyyat hadisələri ildə təxminən 1000 nəfərin həyatına son qoyur. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 2007-ci ildə Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrində 1054 nəfər, ötən il isə 970 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bu ilin altı ayı ərzində respublika ərazisində 1210 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələrdə 370 nəfər həlak olub, 1270 nəfər isə yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA