ANAMA xarici ölkə mütəxəsisləri üçün təlimlərə bazlayıb

img

15-07-2009 [03:44]


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) artıq bir neçə xarici ölkə mütəxəsisləri üçün təlimlərə başlayıb. ANAMA-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, artıq təlimlərdə iştirak edəcək Tacikistan və Əfqanıstandan olan nümayəndələr Azərbaycandadır. Əfqanıstan və Tacikistan nümayəndələri üçün təlimlər Azərbaycan dövlətinin vəsaiti hesabına keçiriləcək. Hər iki ölkədən olan nümayəndə heyəti Azərbaycanda humanitar minatəmizləmə təcrübəsini öyrənəcək. Səfər çərçivəsində ANAMA-nın regional bazalarında minatəmizləmə əməliyyatlarının gedişi, partlamamış hərbi sursatların zərərsizləşdirilməsi, MT işləri, həmçinin Azərbaycanda mina qurbanları ilə tanış olacaq, təcrübə mübadilələri aparacaqlar. Onlar Azərbaycanda mexaniki, əl və itlərlə minatəmizləmə prosesi ilə tanış olacaqlar. Təlim iştirakçılarına Azərbaycan mütəxəssisləri tərəfindən müxtəlif şəraitlərdə mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi əməliyyatlarının gedişi ilə bağlı treninqlər keçiriləcək. Təlimlər iyulun 31-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA