Az bal toplayan abituriyentlər özlərinə qəsd etdilər

img

15-07-2009 [03:21]


1-ci ixtisas qrupu üzrə keçirilən imtahanda az bal topladıqlarına görə 2 abituriyent özünə qəsd edib. Hər ikisi qız olan həmin abituriyentlərdən biri xlor məhlulu, digəri isə sakitləşdirici dərmanları qarışdırıb içməklə özlərini öldürmək istəyiblər. Kliniki Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov Müstəqil İnformasiya Agentliyinə deyib ki, 19 yaşları olan həmin qızlar Bakı sakinləridir: ?Problemi özlərinə qəsdlə həll etmək istəyən 19 yaşlı Abşeron və Sabunçu rayon sakinlərinin vəziyyətləri hazırda stabildir və vəziyyətləri stabil olduğuna görə, artıq onlar evə buraxılıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA