Təhlükəli istilər bazlayır: bəzi sahələrdə izlər dayandırıla bilər

img

15-07-2009 [02:53]


Havanın temperaturu 41 dərəcəni keçərsə, iş şəraiti əlverişsiz olan yerlərdə iş dayandırılacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib. Onun sözlərinə görə, Əmək Məcəlləsində əksini tapan bu qərar əsasən açıq havada fəaliyyət göstərən şəxslərə şamil olunur: ?Yolda, tarlada, tikinti sahəsində və sairə şərait əlverişsiz olan yerlərdə 40 dərəcədən artıq temperaturda Günəş şüaları altında işləmək sağlamlığa ciddi zərər vura bilər. Amma əgər işçilər əlverişli şəraitdə kondisioner işlədilən sərin otaqlarda işləyirlərsə, işin dayandırılmasına ehtiyac yoxdur. Hələki temperatur təhlükəli həddə çatmayıb.Temperatur 41 dərəcəni aşacağı təqdirdə, bu qərar müvafiq yerlərdə tətbiq olunacaq?. A.Əli həmçinin deyib ki, Əmək Məcəlləsinə əsasən iş dayandırılacağı təqdirdə işçilərə konpensasiya ödəniləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA