Normadan artıq istilər günvurma hallarına səbəb olub

img

15-07-2009 [02:26]


İstilərin normadan artıq olması günvurma halları ilə müşaiyyət olunmaqdadır. Bu günə kimi günvurma ilə əlaqədar olaraq, 22 nəfər şəxs Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə müavini Rauf Nağıyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, bu günə kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı artmaqdadır. Belə bir hal bu gün də müşahidə edilib. Bu müraciət Bayıl ərazisindəki 20-ci yaşayış sahəsindən olub. Bu şəxs şəhər sakini, 44 yaşlı Sevda xanımdır. Xəstəni 4 saylı Şəhər Xəstəxanasına çatdırıblar. Hal-hazırda vəziyyəti qənaətbəxşdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA