Bakıda fövqəladə hadisə: iki mərtəbəli yazayız binası uçur (yenilənib-1)

img

15-07-2009 [02:02]


Bakı şəhəri, Mirzağa Əliyev və Dilarə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində fövqəladə vəziyyət yaranıb. Müstəqil İnformasiya Agentliyinin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sözügedən ərazidə yerləşən iki mərtəbəli yaşayış binaçı uçmaq üzrədir. Verilən məlumata görə, binanın bəzi hissələri artıq dağılmağa başlayıb. Binada yaşayanlar isə tez bir zamanda evlərini tək etmək məcburiyyətində qalıblar. MİA-nın hadisə yerindəki müxbiri məlumat verir ki, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili yardım maşınları gəlib. Sakinlərin sözlərinə görə, binanın bu vəziyyətə düşməsinə səbəb həmin ərazidə tikinti ilə məşğul olan şirkətin qazıntı işləri aparmasıdır. Belə ki, qazıntı işləri qanunsuz və tikinti qaydalarına uyğun aparılmadığına görə sözügedən binanın təməli boşalıb və bu səbəbdən də uçmağa başlayıb. MİA-ya açıqlama verən bina sakinlərindən biri deyib ki, belə bir təhlükəni əvvəlcədən gözləyirmişlər: ?Hələ bu tikinti şirkəti işə başlayanda icra hakimiyyətinə şikayət etmişdik ki, binanın təməlini sarsıdırlar. Amma fikir verən olmadı. Nəticədə belə bir hadisə baş verdi. İndi də bizi başqa yerə köçürmək istəyirlər, əvəzində isə qəpik-quruş təklif edirlər. Ancaq biz bundan imtina edirik. ?Kapital-İnvest? Şirkətinin rəhbərlərindən bir Hüseynağaya da icra hakimiyyətindən xəbərdarlıq edilib. Amma xəbərdarlığa baxmayaraq, işi davam etdirib?. Hadisə yerindəki əməkdaşımız onu da bildirib ki, hazırda Nəsimi rayon icra hşakimiyyətinin başçısı Nəsib Məhəməliyev və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Laçın Mustafayev də əraziyə gəliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA