?Polad Bülbüloğlu cinayətkarın qəbul otağında dayanıb boynunu bükür?

img

14-07-2009 [06:41]


?Bəzi qüvvələr azərbaycanlılarla erməniləri vaxtından əvvəl barışdırmaq istəyir. Eyni coğrafiyada yaşadığımız üçün ömrümüzün axırına kimi ermənilərlə düşmən ola bilmərik. Amma barışıq ancaq işğal altında olan torpaqlarımız azad ediləndən sonra baş tuta bilər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Qarabağ Qaziləri Birliyinin sədr müavini Firudin Məmmədov deyib. Keçmiş döyüşçü Azərbaycanın tanınmış ziyalılarının separatçı rejimin nəzarətində olan bölgələrə səfər etməsinin yolverilməz olduğunu da bildirib: ?Polad Bülbüloğlu Azərbaycanı Rusiya kimi nəhəng bir ölkədə təmsil edir. Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bir səfir kimi onun üzərinə böyük vəzifələr düşür. Amma Polad Bülbüloğlu bu vəzifələri yerinə yetirmək əvəzinə, separatçı rejim liderinin qəbul otağında dayanıb boynunu bükür?. F.Məmmədov həm də deyib ki, Azərbaycanın prokurorluq orqanları bu gün Dağlıq Qarabağdakı qondarma respublikaya rəhbərlik edən adamların hər biri barədə cinayət işi qaldırıb. Onun sözlərinə görə, barələrində axtarış elan olunmuş bu adamların ayağına getmək Azərbaycan ziyalısına başucalığı gətirmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA