I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlumdur

img

14-07-2009 [06:36]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə I ixtisas qrupu üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələri iyulun 14-də www.tqdk.gov.az internet səhifəsində yerləşdirilmişdir. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.  I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 35811 abituriyent sənəd vermişdi.  Onlardan 33932 nəfəri imtahanda iştirak etmişdir.  29 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuşdur. I ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin nəzərinə!  TQDK I ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 200-dən? Fizika v? riyaziyyat fənləri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin buraxılmasını qərara almışdır.  Ümumi balı 350 və daha artıq olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur. Test imtahanının nəticəsinə əsasən 9135 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb (Azərbaycan bölməsi üzrə 7830 nəfər, rus bölməsi üzrə 1305 nəfər). I ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 8718-dir. I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması ?Abituriyent? jurnalının xüsusi buraxılışında dərc olunub.  İxtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə ?Abituriyent? jurnalının 4-cü sayında dərc olunub. Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaq. Həmin ixtisasların siyahısı ?Abituriyent? jurnalının 5-ci sayında yaxın günlərdə dərc olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA