Nəsimi Məmmədli: ? Məxfi danızıqlarla qalıcı sülh müqaviləsi bağlamaq olmaz?

img

14-07-2009 [06:34]


?Yeni Madrid? prinsipləri ilə intensivləşən Qarabağ danışıqları ayrı-ayrı siyasilər və ekispertlər tərəfindən müxtəlif məzmunda şərh olunur. Ümid Partiyasının İcra Aparatının rəhbəri Nəsimi Məmmədli Müstəqil İnformasiya Agentliyinə bildirib ki, ABŞ Dövlət Departamenti tərəfindən açıqlanan sənədə nə Azərbaycan nə də Ermənistan tərəfdən təkzib verilməməsi, əksinə erməni tərəfinin bu sənəddən məmnun qalması, Azərbaycan cəmiyyətində haqlı narahatçılıq yaradıb. Düşünürəm ki, bu narahatçılığa son qoymağın ən doğru yolu iqdidarla müxalifət arasında dialoqun başlanmasıdır. Əgər doğurdan da sözü gedən sənəd Azərbaycanın ərazi bütövlüyü üçün hər hansı bir təhlükə yaratmırsa o zaman müxalifət bu milli məsələdə hakimiyyətlə həmrəylik nümayiş etdirməlidir. Yox əgər bu sənəd Azərbaycan tərəfini sülhə məcburetmə mexanizmidirsə və hakimiyyət də daxilən bununla razılaşmırsa, müxalifət yenədə bu məsələdə milli mənafeyimiz naminə hakimiyyətlə həmrəylik nümayiş etdirməlidir. Bunun üçün isə çox yüksək səviyyədə hakimiyyətlə müxalifət arasında dialoq olmalıdır. Yox əgər iqdidar özü bu məsələdə dialoqdan yayınırsa o zaman ölkədə güclü müqamət hərəkatı yaranacaq. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hər hansı bir sənədə imza atmaq nəinki yol verilməzdir, həm də cinayətdir. Azərbaycan Respublikasının Konistitutsiyasında da çox aydın surətdə qeyd olunur ki, Azərbaycan Respublikasının sərhədlərinin dəyişdirilməsi yalnız və yalnız referendumla mümkündür. Bu məsələdə tək başına qərar vermək heç bir iqdidarın daxili işi deyil. Beynəlxalq birlikdə unudmamalıdır ki, məxfi danışıqlarla qalıcı sülh müqaviləsi bağlamaq olmaz. Belə sülh müqaviləsinin ömrü ən yaxşı halda bu sənədə imza atan iqdidarın ömrü qədər ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA