?Azercell? abonentləri aldatdı

img

14-07-2009 [05:59]


?Azercell? Şirkətlər Qrupu abunəçilərinə verdiyi vədinə xilaf çıxıb. Belə ki, neçə müddətdir verilən əlavə gecə balanslarına məhdudiyyət qoyulub. Artıq bütün ?Azercell? abunəçilərinə şirkət tərəfindən göndərilən SMS vasitəsi ilə gecə balansından istifadə müddətinin qısaldıldığı bildirilib. ?Hörmətli Abonent! Təkmilləşdirmə işləri ilə əlaqədar gecə konturlarından istifadə müddəti saat 2.00-dan 8.00-a dək müəyyən edilmişdir?,- qeyd olunan SMS-ə görə bundan sonra gecə balansından istifadə edən çox az olacaq. Çünki gecə 2.00-dan sonra bu konturlardan istifadə etmək istəyənlərin sayı istər-istəməz azalacaq ki, bununla da ?Azercell? xeyli qənaət edə biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA