Ölkəyə gətirilən minik avtomobillərinin sayı artıb

img

14-07-2009 [05:00]


Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu ilin ilk beş ayında Azərbaycana müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən xarici ölkələrdən 26446 ədəd minik avtomobili gətirilib. Onların ümumi dəyəri 174078,5 min ABŞ dolları təşkl edib. Dövlət Komitəsində ölkəyə gətirilən avtomobillərin17512 ədədi gömrük mədaxil orderləri, 8934 ədədi isə yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilib. 2009-cu ilin beş ayında idxal olunan minik avtomobillərinin çəki əmsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,2 faiz artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA