Dövlət Komissiyası gələcək namizədlərə xəbərdarlıq edir

img

14-07-2009 [04:58]


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vətəndaşları şəxsiyyət vəsiqəsinə dair qanunvericiliklə müəyyənləşdirilmiş tələblərə riayət etməyə çağırıb. Komissyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, ?Vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında? Qanunun 4-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə şəxsiyyət vəsiqəsini dəyişdirməlidirlər. Komissyanın indiyədək keçirdiyi dövlət orqanlarındakı vakant vəzifələrin tutulması ilə bağlı müsabiqələrə qatılanlar arasında şəxsiyyət vəsiqəsilə bağlı problemi olan xeyli vətəndaş aşkarlanıb. Adıçəkilən dövlət orqanı gələcəkdə elan ediləcək müsabiqə və müsahibələrdə iştirak etmək üçün müraciət edəcək vətəndaşlara xəbərdarlıq edib ki, şəxsiyyət vəsiqələrini qanunvericiliyin tələblərinə uyğunlaşdırsınlar. Əks halda həmin şəxslərin sənədləri qəbul edilməyəcək. Qeyd edək ki, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant vəzifələrin tutulması üçün növbəti müsabiqə və müsahibəni sentyabrın sonunda elan edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA