Dövlət Komitəsi bələdiyyələrdə qadınların az olmasından narahatdır

img

14-07-2009 [04:58]


, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bələdiyyə seçkiləri ərəfəsində regionlarda qadınların fəallığının artırılması istiqamətində növbəti tədbiri Şəmkirdə keçirib. Dövlət Komitəsinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu dəfəki regional toplantıda Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarından olan qadınlar iştirak ediblər. Tədbirdə bu regionun qadınlarının qarşıdan gələn bələdiyyə seçkilərində aktiv iştirakına nail olmaq yolları barədə fikir mübadiləsi aparılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın iştirak etdiyi konfransda ailə, təhsil, səhiyyə, mədəniyyət, dövlət idarəçiliyi, qanun və qərarların qəbulunda, idman hərəkatında böyük nüfuz qazanan qadınların bələdiyyələrdə fəal iştirak etməmələrindən narahatlıq ifadə olunub. Dövlət Komitəsindən MİA-ya bildirilib ki, hazırda əhalinin 51 faizi qadınlar olsa da, onlar bələdiyyə üzvlərinin cəmi 4 faizini təşkil edirlər. Bu isə qaneedici göstərici deyil. Ona görə də bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində qadınların fəal olması, onların seçki prosesinə qatılması və seçib-seçilmək hüququndan istifadə etməsi zəruridir. Dövlət Komitəsindən bildirilib ki, bələdiyyələrin sayı azaldılmayanadək 2754 yerli özünü idarəetmə orqanından 1716-sında 1 nəfər də qadın olmayıb. Şəhər bələdiyyə sədrlərinin 1 nəfəri, qəsəbə bələdiyyə sədrlərinin 2 nəfəri, kənd bələdiyyə sədrlərinin 52 nəfəri (cəmi 55 nəfər) qadınlardır. Dövlət Komitəsi hesab edir ki, bu göstərici dövlət səviyyəsində aparılan qadın siyasətini və bu sahədə dövlətin siyasi iradəsini əks etdirmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA