Yeni qəbul olunmuz ?Təhsil haqqında? Qanunda ciddi bozluqlar var

img

14-07-2009 [02:06]


Bu gün Media Mərkəzində yeni qəbul olunmuş ?Təhsil haqqında? Qanundakı boşluqların aradan qaldırılması ilə bağlı konfrans keçirilib. Müstəqil İnformaysiya Agentliyinin xəbərinə görə, konfransda çıxış edən Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin həmsədri Mehriban Vəzir ölkənin təhsil sistemindəki problemlər barədə fikirlərini bildirərək, sözü komitənin üzvü Məhərrəm Zülfüqarlıya verib. M.Zülfüqarlı ?Təhsil haqqında? Qanunun qəbul olunmasından sonra cəmiyyətdə heç bir reaksiyanın olmamasının təəssüfləndirici hal olduğunu bildirib. O, qanun layihəsinin 46 maddədən ibarət olmasını, ancaq Milli Məclisin III oxunuşundan keçdikdən sonra 56 maddədən ibarət qanunun qəbul olunduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb. Çıxışçı qanunda boşluqların olmasını qeyd edib. Bu qanunun tələbələrin ali məktəblərə test üsulu ilə qəbulu prosesinə də təsir etdiyini və gələcəkdə korrupsiyaya yol açacağını söyləyib. Qanunun ?magistraturaya qəbul prosesindəki dəyişiklikləri və elmlər namizədlərinin öz elmi dərəcələrini saxlaya bilməsi üçün 2010?cu ildə yenidən elmi adlarını müdafiə etməli olduqları? maddələri ən önəmli boşluqlardan hesab edib. O, çıxışının sonunda belə addımların atılması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna da gələcəkdə zərər verəcəyini deyib. Komitənin digər üzvü Məlahət Mürşüdlü bu qanunla doktorantura pilləsinin iki yerə bölünməsinin dünya praktikasında əksini tapmadığını bildirib. Həm də qanunda konkretliyin olmamasını, təhsil üzrə məsuliyyət daşıyan dövlət qurumlarının fəaliyyətlərinin tam təsbit olunmadığını konfrans iştirakçılarının nəzərinə çatdırıb. ?BUTA? Humanitar Uşaq Fondunun rəhbəri Nazim İbadov- Orta təhsillə bağlı maddənin Sovet dövründə qəbul olunmuş qanundan heç nə ilə fərqlənmədiyini, yenə də məktəblərdə idarəçiliyin pedaqoji şuraya verildiyini qeyd edib. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmira Kazımzadə isə elitar təhsil anlayışının təhsildə təbəqələşmə yaratdığını söyləyib. [b]Elçin TAPDIQOV[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA