Maliyyə Nazirliyi Saatlı Texniki Pezə Məktəbində 154 min manatlıq yeyinti faktı azkarlayıb

img

14-07-2009 [01:46]


Maliyyə Nazirliyi tərəfindən Saatlı rayonunun son 7 illik maliyyə fəaliyyətinin təftiş edilməsi ilə bağlı başlanmış yoxlama prosesi bitib. Yoxlama nəticəsində rayonun bir çox müəssisələrində büdcə vəsaitlərinin talan edildiyi təsdiqlənib. Belə qurumlar arasında ?Aqorlizinq?in Saatlı ərazi filialı ilə yanaşı, rayon Texniki Peşə Məktəbinin adını çəkə bilərik. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Maliyyə Nazirliyindəki mənbə məlumat verib. Onun sözlərinə görə, yoxlama zamanı təkcə Saatlı Texniki Peşə Məktəbi üzrə 154 min manat büdcə vəsaitinin talan edilməsi faktı aşkarlanıb: ?Hazırda bu iş üzrə toplanmış materiallar Respublika Prokurorluğu tərəfindən araşdırılır. İlkin olaraq Texniki Peşə Məktəbi rəhbərliyinin üzərinə mənimsənilmiş 154 min manatın geriyə - dövlətin büdcəsinə qaytarılması tələbi qoyulub. Əgər məktəb rəhbərliyi bunu edərsə, o zaman yüngül cəza ilə qurtula bilər?. Maliyyə Nazirliyinin Saatlı Peşə Məktəbində apardığı yoxlamada üzə çıxmış faktları dəqiqləşdirmək üçün gün ərzində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə ilə danışmaq istədik. Lakin Bayram Hüseynzadə ilə danışmaq bizə nəsib olmadı. Maraqlı burasıdır ki, Maliyyə Nazirliyinin Saatlı Peşə Məktəbində aşkarladığı faktı Təhsil Nazirliyinin adının çəkilməsini istəməyən yüksək vəzifəli şəxsi qısa araşdırmadan sonra təsdiqləyib. Ancaq o, sözügedən peşə məktəbinin direktorunun hələ də vəzifəsində saxlanıldığını deyib: ?Açığı, mən buna xeyli təəccübləndim??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA