Xaricdə yazayan soydazlarımız da Emin Milli və Adnan Hacızadənin müdafiəsinə qozuldular

img

13-07-2009 [08:38]


Xaricdə yaşayan bir qrup soydaşımız da ?Alumni Network? Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadəyənin həbsi ilə bağlı etiraz bəyanatı veriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycanli Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibov başda olmaqla xaricdə yaşayan soydaşlarmız Azərbaycan hakimiyyətindən bu qanunsuzluqlara son qoymağı və həbs edilən gənclərin dərhal azad olunmasını tələb edirlər. Bəyanatda deyilir: ?Son zamanlar Azərbaycanda istimai-siyasi prosesslerde aktiv istirak edən şəxslerin daima təqib və təyziqlərə məruz qalamsı, həbs edilməsi, fiziki zorakılıqlara məruz qalamsı geniş vüsət almaqdadır. Bir qədər öncə müsavatçı, cəbhəçi gənclərə qarşı yürudulən təqib kompaniyası, gənclərin Neft Akademiyasında qətilama etiraz olaraq keçirilən aksiyalarının qəddarlıqla dağıdılması və nəhayət, Mərkəzində ?Alumni Network? Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadəyənin qanunsuz həbsi bizləri çox ciddi narahat edir. Azərbaycan hakimiyyətinin, Azərbaycanın azad fikirli gəncliyi,ümumiyyətlə azad fikirini açıq ifadə edən insanları hədəf seçməsi, hakimiyyətin onları özləri üçün böyük təhlukə hesab etdiyindən irəli gəlməsi şübhəsizdir. Bu təkcə Adnan ve Eminə deyil, azad düşünən, müstəqil düşünən gəncliyə qarşıdır. Hücuma məruz qalan və nəticədə özləri həbs olunan Adnan və Eminin bu formada həbsi,barələrində qəbul olunmuş məhkəmə hökmü bir daha göstərir ki, gənclərin həbsi siyasi sifarişdir. Hakimiyyət bu cür primitiv addımlarıyla bir daha gələcəyimizə, Azərbaycan gəncliyinə, mütərəqqi, müstəqil, azad fikirli gəncliyə necə ?qayğı? göstərdiyini açıq şəkildə ortaya qoymuş oldu. Biz Azərbaycan hakimiyyətindən bu qanunsuzluqlara son qoymağı, həbs edilən gənclərin dərhal azad olunmasını tələb edirik?. Bəyanata Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən, aşağıdakı təşkilatların nümayəndələri də qoşulublar. 1. Əli Hacılı, ?Azeriunited? Təşkilatı, Hollandiya; 2. Rəşad Sadıxov, ?Odlar Yurdu? Təşkilatı, Hollandiya; 3. Sərdar Ağayev, ?Oğuz Yurdu? Cəmiyyəti, İsveç; 4. Əli Ağayev, ?Rometey? Təşkilatı, İsveç; 5. İsa Sadiqov, ?Odlar Yurdu? Təşkilatı (ehtiyatda olan polkovnik), Norveç; 5. İlham Həsən, Franktfurt Azərbaycan Cəmiyyəti, Almaniya; 6. İntiqam Məmmədov, Hamburq Azərbaycan Cəmiyyəti, Almaniya.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA