Həbs olunan gənclərin hüquqlarını müdafiə edən əlaqələndirmə qrupu bu gün mətbuat konfransı keçirib

img

13-07-2009 [07:54]


Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunda (RATI) Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı konfrans keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan Anar Məmmədli Emin Milli və Adnan Hacızadənin həbsindən sonra həm yerli, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə bir sıra tədbirlər həyata keçirildiyini və onlar azad olunana qədər bu tədbirlərin davam etdiriləcəyini bildirib. A.Məmmədli bu yöndə hüquqşünas rəyinin vacibliyini qeyd edərək, sözü Erkin Qədirliyə verib. ?Açığı belə bir vəziyyətdə hüquq rəyi vermək özü bir xəcalətvericidir.Çünki lap başlanğıcdan hüquqa bu bir hörmətsizlikdir?,- deyən E.Qədirli özləri zərərçəkmiş qismində polisə gəlib şikayət edən şəxslərin sonradan şübhəli bilinərək tutulmasını və istintaqın qapalı keçirilməsinin heç bir hüquqi əsası olmadığını bildirib. Hüquqşünasın fikrincə, bu hadisə məişət qismində baş veribsə, istintaq qapalı keçirilməməli idi. E.Qədirli Adnan Hacızadə və Emin Milliyə maksimum iki aylıq həbsin seçilməsinin siyasi motivləri olduğunu vurğulayıb. ?Dalğa? Gənclər Hərəkatının nümayəndəsi Ramil Hacılı isə çıxışında hökumətin yeni hədəf tapdığını onun da ?internet icmaları? olduğunu deyib: ?Əvvəlcə media, həmkarlar təşkilatları, televiziyalar vuruldu. QHT-ləri də vurmaq istədilər, lakin birtəhər yaxalarını qurtara bildilər. İndi də hökumətin yeni hədəfi var, o da internet icmasıdır. Konfransda Livan restoranındakı hadisənin iştirakçiları (Orxan Qafarlı, Nurəddin Babayev, Ülvi Həsənli, Pərviz Atayev) da iştirak edib.Onların hər biri gizlənmədiklərini, hətta hadisə baş verən günü polis bölməsinə də müraciət etdiklərini qeyd ediblər. [b]Ələkbər ZALOV[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA