Elçin Behbudov cənub bölgəsində polis zöbələrin də monitorinq keçirib

img

13-07-2009 [04:25]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi cənub bölgəsində polis şöbələrin də monitorinqlər keçirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən Komitənin sədri Elçin Behbudov məlumat verib. Onun sözlərinə görə, moniorinqlər rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında aparılıb: ?Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqlər keçirdik. Monitorinqlər zamanı ciddi nöqsanlar aşkarlanmayıb. Həmçinin, Lənkəran rayon polis şöbəsində rəsmi orqanların intihar adlandırdığı faktla maraqlandıq. Araşdırma zamanı məlum oldu ki, həmin şəxs təcili tibbi yardım məntəqəsində dünyasını dəyişib. Hər iki tərəfin rəylərini dinləmək lazımdır. Məsələylə bağlı araşdırmalar hələki davam edir. Bizə nəticəni gözləmək qalır?. E.Behbudov həmçinin bu yaxınlarda komitəyə işgəncə faktıyla müraciət etmiş əsgər Teymur Mustafayevlə bağlı Respublika Hərbi Prokurorluğuna müraciət etdiklərini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA