DQIDK dini icmaların qeydiyyata alınmasına bazlayıb

img

13-07-2009 [03:53]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini icmaların qeydiyyata alınması prosesinə start verilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin məsləhətçisi Zamin Məmmədov məlumat verib. Onun sözlərinə görə, proses yeni başladığından hələki icmalar sənədlərini hazırlayırlar: ?Dövlət Komitəsində qeydiyyatdan keçmək istəyən dini icmalar artıq öz sənədlərini hazırlayırlar. Bununla əlaqədar qanunvericiliyə əsasən sənəd nümunələri hazırlanıb. Hələki qeydiyyatdan keçmək istəyən icmaların sayında artım müşahidə edilmir. Ola bilsin ki, bu qeydiyyatın yeni başlaması ilə əlaqədardır. Proseslər yeni başladığı üçün heç bir icma hələki qeydiyyata alınmayıb. İcmalar nümunələrə uyğun olaraq sənədlərini hazırlamaqla məşğuldurlar?. Z.Məmmədov həmçinin deyib ki, qeydiyyat iki istiqamətdə aparılır: ?İslam və qeyri-islama qulluq edən dini icmaların qeydiyyatı aparılır. İslam təmayüllü dini icmaların sayı daha çoxdur və bu təbii bir şeydir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA