Sanatoriya və pansionatlarda vəziyyət qənaətbəxzdir

img

13-07-2009 [03:46]


Mövsümlə əlaqədar insanlar istirahət üçün daha çox sanatoriya, kurort, pansionatlar və istirahət mərkəzlərinə üz tuturlar. Ötən illərdə aparılan yoxlamalar zamanı istirahət üçün nəzərdə tutulmuş belə yerlərdə bir sıra nöqsanlar aşkarlansa da mütəxəssislər bu il vəziyyətin qənaətbəxş olduğu fikrindədirlər. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında hər il illik tədbirlər planına müvafiq olaraq həmin yerlərdə monitorinqlər aparıldığını bildirib. Onun sözlərinə görə, monitorinqlər zamanı ciddi nöqsanlar aşkarlanmayıb: ?Ümumiyyətlə, dövlət sanitariya xidməti orqanları rayonların ərazisində yerləşən sanatoriyalar, uşaqlar və yaşlılar üçün olan pansionatlarda tədbirlər planına müvafiq olaraq monitorinqlər keçirilir. Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi qarşısında məsələ qaldırılır. Bizim vəzifə borcumuz həmin yerlərdə müalicə alan və ya istirahət edən insanların, xüsusilə yaşlıların və uşaqların vəziyyətininin nə yerdə olduğunu araşdırmaqdır. Apardığımız müşahidələr zamanı ciddi nöqsanlar aşkarlanmayıb. Monitorinqlərə əsasən söyləmək olar ki, sanatoriya və pansionatlarda vəziyyət qənaətbəxşdir?. Bakı Səyahətlər və Ekspertizalar Bürosunun mühasibi Almaz Qəhrəmanova isə bizimlə söhbətində əməkdaşlıq etdikləri bir neçə istirahət mərkəzində vəziyyətin qənaətbəxş olduğunu söylədi: ?Biz əsasən müqavilə əsasında fəaliyyət göstəririk. Müqavilə bağladığımız sanatoriya, pansionat, kurort və istirahət mərkəzlərində yoxlamalar aparır və oradakı vəziyyətlə tanış oluruq. Biz əməkdaşlıq etdiyimiz sanatoriya və istirahət mərkəzlərində vəziyyət qənaətbəxşdir. Qəbələdə ?Yeddi Gözəl?, Nabranda ?Elay?, ?Aquapark? istirahət mərkəzləri ilə əməkdaşlıq edirik. Həmin ərazilərə baxış keçirilən zaman orada istirahətin təşkilinin qənaətbəxş olduğu aşkarlanıb?. A.Qədirovanın sözlərinə görə, büro uşaq pansionatları ilə əməkdaşlıq etmir: ?Uşaq pansionatları demək olar ki, bizə müraciət etmir. Ona görə də həmin yerlərdə vəziyyətin nə yerdə olduğu söyləyə bilmərik?. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə rəhbərlik etdiyi quruma sözügedən məsələylə bağlı bir neçə şikayət daxil olduğunu dedi: ?İstehlakçı problemləri o qədər çoxdur ki, bu sahəylə maraqlanmağa vaxt tapa bilmirik. Amma, telefon zəngləri vasitəsilə bizə müraciət edənlər olub. Şikayətlər əsasən istirahət yerlərində istehlakçı hüquqlarının pozulması ilə bağlı olur. Ötən il Novxanıdakı ?Aqua Park? istirahət mərkəzindən, bu il ?Min bir gecə? istirahət mərkəzindən bir neçə dəfə şikayət edənlər olub. Şikayətdə bildirilir ki, ?Min bir gecə? istirahət mərkəzində bir çaynik çayın qiyməti 25 manatdır. Hələki digər problemlər oluğundan bu məsələ gündəmdə deyil. Yaxın vaxtlarda bu sahəylə bağlı reydlər keçirməyi planlaşdırmırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA