2 gün ərzində Abzeron yarımadasında anomal istilər olacaq

img

13-07-2009 [01:24]


?Bakı və Abşeron yarımadasında yaxın 3 gün ərzində, günəşli hava şəraiti müşahidə olunacaq. Mülayim şimal küləyi əsəcək. Arabir küləyin nisbəti güclənəcək. Tempratur gecə 21-25 dərəcə isti, gündüzlər isə 35-38 dərəcə isti gözlənilir. Yaxın 3 gün ərzində günəşli, yağmursuz hava müşahidə olunacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev yaxın günlərdə hava şərəiti ilə bağlı proqnoz verərkən deyib. Onun sözlərinə görə, iyul ayının 14-də Abşeron yarmadasının bəzi yerlərində 40 dərəcəyə qədər istilər gözlənilir: ?Bölgələrdə isə iyul ayının 14-də yağmursuz hava şəraiti olacaq, mülayim şərq küləyi əsəcək, tempraturlar gecə 20-25, gündüz 35-39 dərəcə isti olacaq. Bəzi yerlərdə 41 dərəcəyə qədər tempraturların yüksəlməsi gözlənilir?. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında anomal isti hava şəraiti ilə əlaqədar gündüz saatlarında qızmar temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün risklidir. A.Verdiyev onu bildirib ki, iyulun 15-16 da bölgələrdə əsasən yağmursuz, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısa müddətli az yağış yağacağı ehtimalı var: ?Bölgələrdə eyni zamanda qərb küləyi əsəcək, arabir güclənəcəkdir. Tempraturlar gecə 20-25, gündüz 36-39 dərəcə isti olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA