üç nəfər Bakı sakini göbələkdən zəhərlənib

img

13-07-2009 [01:11]


3 nəfər Bakı sakini göbələkdən zəhərlənərək Kliniki Toksikologiya şöbəsinə müraciət edib. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Kliniki Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib. Şöbə müdiri bildirib ki, müraciət edənlərin yaşları 40-45 arasındadır, xəstələrin hər üçü Bakı şəhərində yaşayır: ?Bizə müraciət edənlər bildiriblər ki, kimsə onlara göbələk gətirib. Onu yeyəndən sonra vəziyyətləri pisləşib. Sonradan aydın olub ki, bu, qida zəhərlənməsi deyil. Belə ki, göbələklərin arasında zəhərli göbələk olub. Ona görə də onlar zəhərləniblər?. A.Maqsudov onu da bildirib ki, hər üç xəstəyə tibbi yardım göstərilib və hazırda vəziyyətləri yaxşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA