I ixtisas qrupuna keçirilən imtahanın nəticələri sabah elan olunacaq

img

13-07-2009 [12:41]


?Ali məktəblərin I ixtisas qrupuna dünən keçirilən imtahanda qeydiyyatdan keçmiş 35811 abituriyentdən 1837 nəfəri imtahanda iştirak etməyib, 20 nəfər isə imtahan qaydalarını müxtəlif şəkildə pozduqlarına görə imtahandan xaric edilib. Hazırda cavab kartlarının və imtahan protokollarının emalı prosesi gedir?. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin Müstəqil İnformasiya Agentliyinə vürdiyi məlumata görə, I ixtisas qrupunun imtahanından xaric edilən abituriyentlər müxtəlif səpkili qayda pozuntularına yol veriblər: ?Onların bir qismi imtahana mobil telefon keçirməyə cəhd göstərib, bir neçə nəfəri imtahanın gedişinə mane olduğuna, təxminən 6 nəfər isə imtahanda köçürməyə cəhd göstərdiyinə görə imtahandan xaric olunub. Onlar cavab kartlarını digərlərinə ötürüblər, bu isə nəzarətçilər tərəfindən aşkar olunub?. İmtahanın nəticələrinin elan olunmasına gəlincə, TQDK sözçüsü nəticələrin sabah ekan olunacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA