Anar Məmmədxanlıya danızmağı qadağan ediblər

img

12-07-2009 [07:46]


[b]Gənc deputat hakim komandadakı mühafizəkar qrupun qəzəbinə tuş gəlib [/b] 2000-ci ildə Milli Məclisin deputatı seçilən "Bakılı oğlanlar"ın şən və hazırcavab kapitanı Anar Məmmədxanlı siyasi arenaya böyük iddialara qədəm qoydu. Hakim elitaya xüsusi yaxınlığı ilə seçilən gənc millət vəkilinin adı tezliklə müxtəlif siyasi proseslərdə hallanmağa başladı. YAP hakimiyyətinin tədricən fərqli siyasi kurs götürəcəyinə dair iddiaların meydana çıxması parlament üzvü olan gənc deputatların personasına marağı daha da artırdı. Çox keçmədən Anar Məmmədxanlının adı Azərbaycanı Avropa Şurasında təmsil edən Səməd Seyidov və Gültəkin Hacıbəyli kimi millət vəkilləri ilə bir sırada çəkildi. Bir müddət sonra isə o, hakimiyyətdəki "islahatçı" qrupun liderlərindən birinə çevrildi. Növbəti parlament seçkilərindən sonra Milli Məclisin rəhbərliyində təmsil olunacaq deputatların sırasında Anar Məmmədxanlının da adı hallanmağa başlandı. Maraqlıdır ki, "Bakılı oğlanlar"ın sabiq şefi 2005-ci ildə keçirilən parlament seçkiləri zamanı güclü rəqibinin üzərində qələbə çalmağa nail olsa da, bir müddət sonra müəmmalı şəkildə siyasi proseslərin mərkəzindən uzaqlaşdı. Deputata məxsus olduğu bildirilən day.az saytının adı ətrafında yaranan qalmaqaldan sonra isə Anar Məmmədxanlının mətbuatla əlaqəsi birdəfəlik kəsildi. Aldığımız məlumata görə, millət vəkilinə ictimai-siyasi proseslər barədə danışmağı qadağan ediblər. Bu barədə göstərişin hakimiyyətin ən yuxarı dairələrindən verildiyi bildirilir. Adının çəkilməsini istəməyən iqtidar təmsilçisinin sözlərinə görə, artıq xeyli müddətdir ki, A.Məmmədxanlı hakimiyyət düşərgəsində "arzuolunmaz şəxs" elan edilib. Mənbənin dediyinə görə, gənc deputat müstəqil siyasət yürütməyə meyl etdiyi üçün hakim komandadakı mühafizəkar qrupun qəzəbinə tuş gəlib. Məlumatlı şəxs 2010-cu ildə Anar Məmmədxanılının siyasi karyerasına birdəfəlik son qoyulacağını istisna etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA