AZAL-a məxsus ?Mi-8? helikopteri Xəzər dənizində qəzaya uğrayıb, ölənlərin olduğu bildirilir

img

12-07-2009 [06:54]


[b]Helikopterin göyərtəsində olan dörd nəfər xilas edilib, iki nəfərin axtarışları isə davam etdirilir[/b] Bu gün Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında neftçiləri daşıyan AZAL-ın Neft Daşlarına xidmət edən helikopteri qəzaya uğrayıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan helikopter ?28 may? yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub. Onlardan 4 nəfər xilas edilib, digər iki nəfərin axtarışı aparılır. Xilasetmə əməliyyatına Xəzər Dəniz Neft Donanmasının yaxınlıqda olan gəmiləri və dalğıc heyəti cəlb edilib. Dövlət Neft Şirkətinin ?Azneft? istehsalat birliyində qərargah yaradılıb. Qərargahın 566-54-06, 566-54-07 nömrəli telefonlarında qaynar xətt işləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA