iyulun 12-də Bakı, Sumqayıt və Naxçıvanda I ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib

img

12-07-2009 [04:50]


[b]Bu gün saat 21.00-də düzgün cavablar TQDK-nın internet saytında yerləşdiriləcək [/b] Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də 2009/2010-cu tədris ili üçün respublikanın ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. İmtahanının keçirilməsi üçün Bakıda 51, Sumqayıtda 7, Naxçıvan şəhərində isə 2 bina ayrılmışdı. İmtahanlara 2 min 471 nəzarətçi-müəllim, 243 imtahan rəhbəri cəlb edilmişdi. Abituriyentlər üç saat ərzində müvafiq fənlər üzrə təklif olunmuş suallara cavab veriblər. Bu il I qrup üzrə 35 min 811 abituriyent ərizə verib ki, onların 195-ı əcnəbilərdir. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları bu gün saat 21.00-də TQDK-nın internet saytında yerləşdiriləcək. Test imtahanının nəticələri barədə isə iki gündən sonra məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA