Əlaçı məzunların ali məktəblərə qəbulu vəziyyəti arazdırılacaq

img

11-07-2009 [03:55]


Ali məktəblərə qəbul imtahanları başa çatandan sonra Təhsil Nazirliyində orta məktəbləri ?əla? qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti müzakirə olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentilyinə nazirliyin ali və orta ixtisas təhsili şöbəsindən məlumat verilib. Məsələ burasındadır ki, son illər orta məktəbləri ?əla? qiymətlərlə bitirən və fərqlənmə attestatı alan bir çox məzular ali məktəblərə qəbul zamanı zəif nəticələr göstərirlər. Bu isə həmin məzunların ?əla? qiymətləri və fərqlənmə attestatlarını qanuni yollarla almalarına şübhələr yaradır. Təhsil Nazirliyinin məlumatına görə, ötən il kənd rayonları üzrə abituriyentlərdən 2321-i orta təhsilini ?əla? qiymətlərlə başa vurub, əlaçıların 44-ü fərqlənmə attestatı alıb. Şəhərlər üzrə əlaçıların sayı 543, fərqlənmə attestatı alanlar 79, Naxçıvan MR üzrə isə bu göstəricilər müvafiq olaraq 194 və 113 nəfər olub. Lakin onların hamısı ali məktəblərə qəbul imtahanlarını verə bilməyib. Kənd rayonları üzrə ali məktəblərə sənəd vermiş 2321 əlaçı məzundan 1082 nəfər tələbə adını qazana bilməyib. Şəhərlər üzrə isə 543 əlaçı abituriyentdən yalnız 437-si seçdiyi ixtisaslar üzrə ali məktəblərə qəbul oluna bilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA