Şəhərdaxili nəqliyyatda kart siteminə keçiləcək

img

10-07-2009 [06:04]


Paytaxta yeni avtobusların gətirilməsindən sonra sərnişindaşımada yaranan problemlər hələ də həllini tapmayıb. Sonuncu dəfə ?Daewoo? şirkətinin istehsalı olan 222 iri tutumlu avtobus da şəhərin mərkəzində sərnişindaşıma ilə məşğuldur. Bununla şəhərin mərkəzində müəyyən qədər qayda-qanun yaradılsa da, şəhərətrafı qəsəbələrdə vəziyyət ürəkaçan deyil. Şəhərin mərkəzindən çıxarılan əksər mikroavtobuslar ətraf qəsəbələrdə işləyir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Bakı Sərnişin Nəqliyyatı? MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənov artıq bu istiqamətdə də işlər aparıldığını bildirib: ?Paytaxta sonuncu gətirilən iri tutumlu avtobusların artıq 160 əddəi xəttə buraxılıb. Hazırda araşdırma aparılır. Hansı itstiqamətdə iri və ortu tutumlu avtobuslara ehtiyac olsa, həmin xətlərə əlavə avtobuslar veriləcək. Amma şəhərətrafı qəsəbələrə iritutumlu avtobusların veriləcəyini indidən demək olmaz?. S.Həsənovun sözlərinə görə, gələcəkdə şəhəratrafı qəsəbələrə işləyən mikroavtobuslar da yavaş-yavaş xəttən çıxarılacaq: ?Həmin avtobuslar da orta və iri tutumlu avtobuslarla əvəzlənəcək. Amma elə yerlər də var ki, orada iritutumlu avtobusların hərəkəti qeyri mümkündür. Həmin istiqamətlərdə xırda və ortatutumlu avtobuslardan istifadə olunacaq?. Avtobus sürücülərinin vahid geyim forması ilə təmin olunmasına münasibət bildirən S.Həsənov bu istiqamətdə də tədbirlər görüldüyünü vurğuladı: ?Hazırda iritutumlu avtobusların sürücülərinin vahid geyim forması ilə təmin edilməsinə başlanılıb. Bəzi avtobus sürücüləri artıq həmin formalardan istifadə edirlər. Bütün sürücülərin vahid geyim formasından istifadə etməsi üçün əlavə tədbirlər görülür?. S.Həsənov yaxın gələcəkdə marşrutlarda ödənişin kart sistemi ilə aparılacağını vurğuladı: ?Şəhərdaxili nəqliyyatda kart sisteminə keçilməsi nəzərdə tutulub. Bu istiqamətdə artıq hazırlıq işləri görülür. Sərnişindaşımada fəaliyyət göstərən bütün avtobuslar iritutumlu avtobuslarla tam əvəz edildikdən sonra isə kart sistemi tətbiq ediləcək. Hazırda metroda tətbiq olunan kart sisteminə oxşar üsulla şəhərdaxili nəqliyyatda gediş haqqı ödəniləcək?. S.Həsənov sürücülərin mədəni davranış qaydalarının artırılması sahəsində problemlərin olmasını təsdiqlədi: ?Bu sahədə hər iki tərəfdə günah olan hallar olur. Bəzən sərnişinlər istidiyi yerdə sürücü avtobusu saxlamadıqda sərnişinlər tərəfindən döyülür, təhqirlərə məruz qalır. Sürücülərin isə bütün hallarda sərnişinlərdə mədəni davranması tövsiyyə olunub. Bu istiqamətdə maarifləndirmə işləri də aparılıb. Sürücü ilə bağlı hər hansı problem yarandıqda sərnişinlər qaynar xəttə müraciət edə bilər. Daxil olan hər bir müraciətlə bağlı tədbirlər görülür?. Məsələyə münasibət bildirən Müstəqil nəqliyyaçılar ictimai birliyinin sədri Natiq Ələkbərov şəhər nəqliyyatında işlərin plansız aparıldığı qənaətindədir: ?Hər dəfə iritutumlu avtobusların yerləşdirilməsi sərnişinlər üçün əlavə problem yaradır. Bu isə əvvəlcədən hazırlıq işlərinin lazımi şəkildə qurulmamasından xəbər verir. Əslində şəhərdə sərnişindaşınma ilə bağlı konkret plan hazırlanmalıdır. Şəhərin bütün əraziləri öyrənilməli və nə qədər avtobus tələb olunması müəyyənləşdirilməlidir. Bundan sonra sərnişinlərin daşınması və marşrutların hərəkət istiqamətləri müəyyənləşdirilərkən metro stansiyaları nəzərə alınmalıdır. Çünki metro şəhər nəqliyyatının əsas stununu təşkil edir. Sərnişinlərin daşınması zamanı metrostansiyalarının da çox yüklənməməsi nəzərə alınmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA