?Azərenerji? ?Azəriqaz?ın aqibəti ilə üzləzə bilər

img

10-07-2009 [04:34]


?Çox yaxın müddətdə Etibar Pirverdiyevin rəhbərlik etdiyi ?Azərenerji? Səhmdar Cəmiyyəti Prezident fərmanı ilə Sənaye və Energetika Nazirliyinin tabeliyinə veriləcək. Bu qərar prezident İlham Əliyevin ölkənin neft-qaz, enerji təsərrüfatında səmərəli idarəçiliyin tətbiqi çərçivəsində gerçəkləşdiriləcək?. Bu xəbər ?Qərbi Azərbaycanın Səsi? qəzetinin bügünkü sayında dərc olunub. Qəzetin iddiasına görə, birləşdirmə prosesindən sonra Etibar Pirverdiyevin də postunu itirməsi qaçılmaz ola bilər. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Məsimli onlarda belə bir məlumatın olmadığını bildirib və əlavə edib ki, onlar qeyri-rəsmi informasiyalara şərh vermirlər. ?Azərenerji? SC-nin mətbuat xidmətindən isə məlumatı nə təsdiq, nə də təkzib etdilər: ?Bunu Prezident bilər. Hələki bizdə belə bir məlumat yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA