Səhiyyə Nazirliyi müsabiqə elan edib

img

10-07-2009 [03:58]


Səhiyyə Nazirliyi səhiyyə sistemində kadrlar islahatı və tibb mütəxəssislərinin xaricdə peşə təkmilləşdirilməsi və ixtisasartırması üzrə həkimlər üçün müsabiqə elan edib. Nazirliyin mətbuat katbi Anar Qədirlinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, müsabiqədə ən azı 3 il davamlı iş stajı olan, ingilis və ya alman dilini yaxşı bilən mütəxəssislər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək arzusunda olan mütəxəssislər Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə müraciət etmək tövsiyyə olunub. Müsabiqənin məqsədi azərbaycanlı həkimlərin xarici ölkələrdəki ən tanınmış universitetlərin klinikalarında təcrübə keçməsinə şərait yaratmaqdır. Nazirlik hər il 50- dək həkimin Almaniya, İsrail və digər ölkələrə 1-2 illik təcrübəyə göndərməyi nəzərdə tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA