Nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər zöbəsi 6 ay ərzində 82 akt və protokol tərtib edib

img

10-07-2009 [02:17]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) ?Ətraf Mühitin Mühafizəsi Haqqında? Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2009-cu ilin 6 ayı ərzində 82 akt və protokol tərtib edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, atmosfer havasının mühafizəsi sahəsində 13 akt və protokol tərtib edilmiş və 9 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 3230 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilməsi təmin edilib. Su mühafizəsi sahəsində 13 akt tərtib edilmiş, 11 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 4031 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilib. Yerin təkinin mühafizəsi sahəsində 5 akt tərtib edilmiş, 3 məcburi göstəriş verilmişdir. 1 nəfər 800 manat məbləğində cərimə olunmuş, 3 nəfərə qarşı 170,5 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 9 akt və protokol tərtib edilmişdir. 2 nəfər 4000 manat məbləğində cərimə edilmiş, 7 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 773 manat məbləğində məcburi ödəmə hesablanmışdır. 2 iş məhkəmə orqanlarına göndərilib. Floranın mühafizəsi sahəsində 38 akt və protokol tərtib edilib. Qanunu pozan 17 nəfər 10550 manat məbləğində cərimə olunmuş, 18 nəfərə qarşı 1576 manat məbləğində iddia qaldırılmışdır. 9 nəfər 1266,5 manat məbləğində cərimə, 12 nəfər tərəfindən isə 1002,7 manat məbləğində iddia ödənilmişdir. 16 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib. Faunanın mühafizəsi sahəsində 4 protokol tərtib edilmiş, 1 nəfər 700 manat məbləğində cərimə olunmuş və ödənilməsi təmin olunmuşdur. 1 iş isə tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA