Zahiri görünüzün izəgötürən tərəfindən qabardılması xanımları narahat edir

img

10-07-2009 [11:55]


?Əks-səda? Beyənəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi ?Qadın problemlərinin həlli mövcud vəziyyət və çıxış yolları ? layihəsi çərcivəsində azərbaycan qadınlarının məşğulluq problemini araşdırmaq məqsədilə sorğu keçirib. Sorğu Bakının 5 rayonunda o cümlədən Sabunçu, Suraxanı, Nizami, Səbayel və Nəsimi rayonlarında və ölkənin cənub bölgəsi sayılan Lənkəran şəhərində 200 respondent arasında aparılıb. Mərkəzin sədri Sevinc Kərimova bildirib ki, son statistik nəticələrə görə hazırda muzdla işləyən qadınların sayı 601750 nəfərdir. Ölkədə 117,2 min işsiz qadın var. Aparılan araşdırmalar isə işsiz qadınların sayının daha çox olduğunu ortaya qoyur. Sorğuda iştirak edən qadınların yaş həddi 18-30, 30-45, 45 və daha çox götürülüb. Respondentlərin 50 faizdən çoxu işsiz olub. İşsiz qadınların 50 faizdən çoxu iş tapmaqla bağlı əsas çətinliyin işəgötürənlə münasibətlərlə bağlı olduğunu bildirib. Belə ki, qadınlar hesab edirlər ki, onların zahiri görnüşünün işəgötürən tərəfindən qabardılması, keyfiyyətli kadrlara təlabatın olmamaması qadınların işsiz qalmasına səbəb olur. Əsasən bu kimi hallarla rastlaşan respondentlərimiz arasında 30-45 yaşdakılar üstünlük təşkil edir. Bu təhsilli və yüksək ixtisaslı insanların rastlaşdıqları problemlər sırasında ən çox rast gəlinən hallardır. Həmçinin zahiri görnüşünün işəgötürən şərtlərinə uyğun gəlmədiyinə görə iş tapmaqda çətinlik çəkən xanımlarda az deyil 22 faiz. Əsasən 18-30 yaşlı respondentlər arasında bu səbəbdən işsiz qalanlar olduğu ortaya çıxıb.Yaşının çox olması səbəbindən iş tapmaqda çətinlik çəkən xanımların əksəriyyəti 40 yaşdan yuxarıdır. Onların 45 faizi təhsilli insanlardır. İş yerlərindən müdriyyətin davranışının pis olması səbəbindən iş yerini dəyişənlər isə respondentlərin 58 faizini təşkil edir. 30 faiz respondentlər iş yerini dəyişməsinə səbəb kimi maliyyə məsələsini 22 faiz respondentlər isə daha perespektivli iş keçməsi ilə əlaqələndirib. Sorğu zamanı iş yerlərinin daha tez-tez dəyişən xanımların əsasən özəl və qeyri-dövlət sektorunda çalışanların olduğu ortaya çıxıdı nisbətən sabit və uzun müddətli iş yerləri dövlət büdcəsindən maliyyələşən idarə və müəsissələrlə bağlı idi. Məsələn orta statistik işçi qadın dövlət sektorunda çalışan 3 dəfə iş yerini dəyişibsə, özəl sektorda çalışan eyni yaş göstəricili və təhsilli qadın 8-9 dəfə iş yerini dəyişməli olub. Bakı şəhərdə aparılan sorğu zamanı daha çox iş yerlərində müdriyyətin münasibəti, zahiri görnüşün işəgötürənin şərtlərinə uyğun gəlməməsi və yaxud işçinin zahiri görünüşünün işəgötürənin tərəfindən çox qabardılması kimi hallar üstünlük təşkil edirdi. Lənkəranda aparılan sorğu zamanı daha çox təhsilsizliyi və yeni texnologiyalara aid bilgilərinin olmamasından işsiz qaldıqlarının (62 faiz) bildirirdilər , aillələrinin işləmələrinə etiraz etdiyini göstərib(24 faizi). (16 faiz )işlmək üçün münasib iş olmadığına görə işsiz qaldığını bildirib. Təhsilli insanların dövlət orqanlarında yerləşməsində rüşvət amilini önə çəkirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA