Qabiliyyət imtahanlarına start verildi

img

10-07-2009 [10:56]


Bu gün III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlərin imtahanları başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)verilən məlumata görə, imtahanlar iyulun 17-dək davam edəcək. Qeyd edək ki, bir sıra xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri dəyişdirilib. Yeni (dəyişdirilmiş) müsabiqə şərtləri TQDK-nın saytında əksini tapıb. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizəsində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müsbət nəticə əldə etməyən abituriyentlər isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Məlumat üçün onu da bildirək ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA