Azərbaycan Avrointeqrasiya Milli ictimai Komitəsi gənclərin azad olunmasını tələb edir

img

09-07-2009 [06:38]


Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) Emin Milli və Adnan Hacızadənin döyülməsi faktı ilə bağlı bəyanat yayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, AAMİK gənclərə qarşı atılan addımları pisləyir. Avrointeqrasiya Milli İctimai Komitəsi hesab edir ki, son zamanlar ölkədə ictimai fəalyyətlə məşğul olan şəxslərin, jurnalistlərin ?xuliqanlıq? adı altında təqibinə son qoyulmalıdır. Komitə hadisəni törədənlərin həbs olunaraq cəzalandırılmasını və gənclər hərəkatında kifayət qədər tanınmış hər iki şəxsin dərhal azad olunmasını tələb edir. Qeydj edək ki, bəyanatı AAMİK həmsədrləriƏvəz Həsənov, Eldar Namazov, Mehriban Vəzir imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA