Zəlimxan Məmmədli: ?Gürcüstanla Azərbaycan arasında artıq bir etimad mühiti yaranıb?

img

09-07-2009 [06:30]


?Borçalı? Cəmiyyətinin İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda iyul ayının 26-da keçiriləcək ?Borçalı türklərinin elat mədəniyyəti günü? ilə bağlı hazırlıq işləri müzakirə edilib. Görülən işlərlə bağlı açıqlama verən ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli nəticələri uğurlu sayıb. Z.Məmmədli ?bir vaxtlar belə bir tədbirin gerçəkləşəcəyi çoxlarına inandırıcı görünmürdü. Amma biz çox qısa zaman kəsimində ortaya qoyduğumuz fəaliyyətlə, təmiz niyyətimizlə hər kəsi inandıra bildik ki, biz Gürcüstan dövlətinə sadiqik, bu dövlətin unitarlığının qorunması başlıca hədəflərimizdən biridir. Məqsədimiz və amalımız Azərbaycan və Gürcüstan dövlətləri, iki xalq arasında dostluğun daha da möhkəmlənməsinə nail olmaq, arada olan etimadsızlıq mühitini aradan qaldırmaq və məhz bu çərçivədə Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həllinə nail olmaqdır. Tam əminliklə deyə bilərəm ki, artıq arada bir etimad mühiti yaranıb. Bunun nəticəsidir ki, Borçalıda elat mədəniyyəti gününün keçirilməsinə Gürcüstan prezidenti Mixail Saakaşvili səviyyəsində razılıq verilib? ? deyib. Cəmiyyət sədri Azərbaycan hakimiyyətinin də tədbirin keçirilməsinə müsbət yanaşdığını söyləyib: ?Azərbaycan hakimiyyətinin də məsələyə müsbət yanaşdığını deyə bilərəm. Çünki verilən və müşahidə etdiyimiz reaksiyalar bunu təsdiqləyir. İnanıram ki, prezident İlham Əliyev də bu yöndə lazımi dəstək verəcək?. Bu tədbirin, ümumiyyətlə, Güney Qafqaz regionunda bir yenilik olduğunu xatırladan və onun əhəmiyyətindən danışan Z.Məmmədli ?Borçalı türklərinin elat mədəniyyəti günü?nü Güney Qafqazda proseslərə yön verəcək bir layihə kimi xarakterizə edib. Müzakirələrin sonunda keçiriləcək tədbirin proqramı təsdiqlənib. Beləliklə, proqrama əsasən, iyulun 25-də səhər saat 7:00-da Bibiheybət məscidinin yanından yola çıxacaq ?Dostluq karvanı?nın saat 18:00-da artıq Marneulidə olması nəzərdə tutulur. Burada tədbirin təşkilat komitəsinin iclası keçiriləcək və son hazırlıq işləri bir daha nəzərdən keçiriləcək. İyulun 26-sı. Səhər saat 8:00-da Dmanisi rayonunda yaylağa qalxma mərasiminin startı veriləcək. Saat 11:00-da isə ?Borçalı türklərinin elat mədəniyyəti? tədbirinin açılışı olacaq. Tədbirdə Azərbaycan və gürcü xalqlarının ortaq dəyərlərinə həsr olunmuş ?dövrələmə məclis?, elat mədəniyyəti elementlərinin nümayişi, eləcə də, ?saz-söz ucalığı? ədəbi-bədii məclisləri nəzərdə tutlub. İyulun 26-sı, saat 19:00-da isə, arana köçün başlanması ilə tədbir yekunlaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA