ictimaiyyət nümayəndələri təbii qaz məsələsini müzakirə etdilər

img

09-07-2009 [03:13]


Bu gün Azərbaycan Media Mərkəzində ?Azərbaycanda sosial iqtisadi hüquqların bugünki vəziyyəti? mövzusunda dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə əsasən qazın qiymətindəki bahalaşmanın səbəbləri və onun həlli yollarına toxunulub. Öncə ?Turan? İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev çıxış edib. Azərbaycanda qazla bağlı problemlərin son beş ildə daha da dərinləşdiyini qeyd edən M.Əliyev tədbir iştirakçılarını kütləvi korrupsiya hallarına qarşı mübarizəyə, vətəndaş cəmiyyətini qorumağa və birləşməyə səsləyib. O, sayğacların qoyulmasının əhəmiyyətini qiymətləndirsə də, bunun da qaz problemini həll etmədiyini bildirib. M.Əliyev əsas bahalaşmanın 2005-2009 ? cu illəri əhatə etdiyini söyləyib. O, qazın və digər məhsullarının qiymətindəki bahlaşmanın aradan qaldırılması üçün aşağıdakı məsələlərə xüsusilə önəm verilməsini qeyd edib: ?Boyük tədqiqatlar aparılmalı, qazın istehsalı və istehlakı dəqiq hesablanmalı, qazın təchizatı standartlaşdırılmalıdır?. Daha sonra söz iqtisadçı Qubad İbadoğluna verilib. Qazla bağlı problemə toxunan Q.İbadoğlu neft-qaz ölkəsi olan Azərbaycanda enerji daşıyıcılarının qiymətinin baha olmasının absurd olduğunu deyib. Qiymətlərin defformasiyasının vacibliyini söyləyən Q.İbadoğlu qaz və enerji tənzimlənməsinin qənaətə şərait yaradacağını bildirib. Millət vəkili Pənah Hüseyn isə ölkədəki korrupsiyadan danışaraq, bu cür xırda texniki hesablamalara diqqət ayırmağın mənasız olduğunu vurğulayıb. P.Hüseyn ölkəyə 150 milyon dollarlıq qaz sayğaclarının gətirildiyini və onların tez bir zamanda sıradan çıxdığını nəzərə çatdıraraq, bu məsələdə də istehdakçıları məsuliyyətsizlikdə günahlandırıb. [b]Ələkbər ZALOV[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA