Uzaqların səhhəti üçün təhlükəli oyuncaqlar hələ də satızdadır

img

09-07-2009 [02:44]


?Ölkədə qlobal problemlərdən bir də müstəqil ekspertizanın olmamasıdır. Bu səbəbdən də insan orqanizminə zərərli və Çində istehsal edilmiş oyuncaqlar satılır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, bu oyuncaqların bir hissəsi çamadanlarda, qanunsuz yolla ölkəyə gətirilir: ?Azərbaycanda oyuncaqları ekspertiza edən mərkəzlər demək olar ki, yoxdur. Çin istehsalı olan uşaq oyuncaqları müxtəlif, zərərli kimyəvi maddələrdən hazırlanıb. Oyuncaqlar Nazirlər Kabinetinin 343 saylı qərarı ilə məcburi sertifaktlaşdırılan mallar siyahısındadır. Ona görə də ölkəyə gətirilən müxtəlif cür oyuncaqlar sertifaktlaşdırılmalıdır. Lakin bu qərara baxmayaraq, heç bir qanuna əməl edilmir. Bu isə ölkədə istehlakçı siyasətinin olmamasından qaynaqlanır?. E.Hüseynov onu da bildirib ki, çinli satıcılar Azərbaycanın ən ucqar rayonlarında belə, öz ticarətlərini reallaşdırırlar: ?Lakin bizim Birlik qanunların bizə imkan verdiyi 30 faiz səviyyəsində çalışır. Buna baxmayaraq, biz, hazırda bazarda sement sektorunda monitorinqlər aparırıq. Təşkilat üzvlərimiz Gəncədə saxta sementlərin aşkarlamaqla məşğuldur. Bundan öncə yodlaşdırılmamış duzlar barəsində monitorinqlər apardıq və bu barədə dövlət orqanlarına məlumat verdik. Əlbəttə ki, çalışacağıq ki, müxtəlif cür yeyinti məhsullarında da monitorinqlər aparaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA