Nazirlik ətraf mühiti çirkləndirənlərə qarzı sərt addımlar atmağa bazlayıb

img

09-07-2009 [01:48]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən beş ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1340 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 370 icrası məcburi olan göstəriş verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 292 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 117 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 61 iş üzrə 141430 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 13 iş üzrə 310 manat məbləğində iddia qaldırılıb. 359 iş üzrə 51770,13 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla) 4-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 44 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb. Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 321 akt və protokol tərtib olunmuş, 28 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 69 iş üzrə 44727,5 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 156 iş üzrə isə 27586,45 manat məbləğində iddia qaldırılıb. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 31 işdən 4-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 45 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb. Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericilik əsasında tətbiqi nəticəsində 27 akt və protokol tərtib olunmuş, ümumilikdə 14 iş üzrə 12745 manat məbləğində cərimə tətbiq edilib. Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi sahəsində 57 akt və protokol tərtib olunmuş, dəymiş ziyanla bağlı 69 iş üzrə 31420 manat məbləğində iddia qaldırılıb. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 69 işdən 5-nə baxılaraq müvafiq tədbir görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA