Elmira Süleymanova Avropa Şurası Strateji Planlazdırma Direktorluğunun ekspertləri ilə görüzüb

img

09-07-2009 [01:02]


Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Şurası (AŞ) Strateji Planlaşdırma Direktorluğunun ekspertləri Hose Kremades və David Çupina ilə görüşüb. Beynəlxalq qurumun nümayəndələri ?2009-2010-cu illərdə Avropa Şurasının Azərbaycanla əməkdaşlığı proqramı? layihəsinin yekunlaşdırılması üçün müzakirələr aparmaq məqsədi ilə Bakıya səfər ediblər. Ombudsman AŞ-ın üzvü olan və Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycanın insan hüquqlarının təmini sahəsində öz üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini söyləyib. Azərbaycanda insan hüquqları üzrə müvəkkil təsisatının yaradılmasının ölkəmizin AŞ qarşısında götürdüyü mühüm öhdəliklərdən biri olduğunu diqqətə çatdırıb. Fəaliyyətə başladığı ilk vaxtlardan Ombudsman Aparatı ilə Avropa Şurası arasında səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığı və mütəmadi davam etdirildiyi qeyd olunub. AŞ-ın nümayəndəsi D.Çupina ombudsman təsisatının AŞ ilə əməkdaşlığını, müvəkkilin insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi istiqamətində fəaliyyətini yüksək dəyərləndirmiş, qarşılıqlı əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA