Beynəlxalq Bankın filial müdirinin maliyyə fırıldaqları səbəbindən vəzifəsindən azad edildiyi bildirilir

img

08-07-2009 [04:36]


Azərbaycan Beynəlxalq Bankının (ABB) Şəki filialının rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Bank rəhbərliyi isə əlavə söz-söhbətin yaranmaması üçün filialda baş verən qanun pozuntuları ilə bağlı prokurorluq orqanlarına müraciət etməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, bankın idarə heyətinin sədri Cahangir Hacıyev filial müdiri Ramazan Həmidovu ni yanına çağıraraq, təcili ərizəsini yazaraq, işdən getməsini tələb edib: ?Barəsində cinayət işi açılmaması üçün filial rəhbəri Ramazan Həmidov Cahangir Hacıyev tərəfindən irəli sürülən tələbə əməl etməli olub?. Agentliyi məlumatlandıran ABB əməkdaşının sözlərinə görə, Şəki filialındakı rəhbər dəyişikliyinin kökündə əsasən büdcə təşkilatlarında işləyən insanlara verilən kiçik kreditlər olub: ?Filial rəhbərliyi Şəkidəki büdcə təşkilatlarının rəhbərləri ilə əlbir olaraq, bankın vəsaitlərinin talan edilməsinə zəmin yaradıb. Belə ki, təşkilat rəhbərləri böyük məbləğdə kredit almaq üçün əməkdaşlarından sui-istifadə ediblər. Yəni, əməkdaşlarının adına arayışlar verərək, onların hər birinin adına 2 min ABŞ dolları məbləğində kredit alıblar. Ancaq ödəmə zamanı gəldikdə isə bundan yayınmağa çalışıblar. Məsələ böyüdükdən sonra ?əməliyyat?ın görünməyən tərəfləri açılıb və Cahangir Hacıyev həmyerlisini yalnız işdən azad etməklə kifayətlənib?. Məsələyə aydınlıq gətirən Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev filial müdirinin vəzifəsindən azad olunduğunu təsdiqləyib: ?Məndə olan məlumata görə, Ramazan müəllimin işdən azad edilməsinin əsas səbəbi səhhəti ilə əlaqədardır?. Filial müdirinin işdən azad edilməsinə rəvac verən ciddi nöqsanlara gəlincə, R.Ağayev bu məlumatın real olmadığını bildirib: ?Bütün ölkə bankları vətəndaşlara müəyyən məbləğdə kreditlər verirlər. Biz də bu işlə məşğul oluruq. Heç bir qurum sinəsinə döyə bilməz ki, onun təşkilatında hər hansı bir nöqsan yoxdur. Təkrar edim ki, həmin şəxs öz ərizəsinin yazmaqla işdən azad edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA