Ədliyyə Nazirliyinin qərarı narazılıq yaradıb

img

08-07-2009 [03:37]


Ədliyyə Nazirliyinin İctimai Birliklə bağlı qərarı Müsavat Partiyasının narazılığına səbəb olub. Bu səbəbdən də partiya bəyanat qəbul edib. B ə y a n a tda deyilir: ?Regional İnsan Hüquqları və Maarifləndirmə? İctimai Birliyi adlı ictimai təşkilat xeyli vaxtdır ki, təsis edilib. Təşkilatın qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edilsə də, nazirlik onu qeydiyyata almaqdan imtina edib. Təsisçilər Ədliyyə Nazirliyinin bu qanunsuz əməlindən Yasamal rayon Məhkəməsinə müraciət ediblər. Yasamal rayon Məhkəməsi işə baxılmasını dəfələrlə təxirə saldıqdan sonra nəhayət 01 iyul 2009-cu il tarixində iclas keçirərək iddianı təmin etməyib. Müsavat Partiyası bunu ?Hüquqi şəxslərin dövlət reyestrinin qeydiyyatı haqqında? Qanunun pozulması kimi qeyd edərək, bu özbaşınalığa qəti etirazını bildirir. Bu yaxınlarda QHT-lərlə bağlı qanunun daha da mürtəceləşdirilməsinə edilmiş cəhdi də nəzərə alaraq, bunu hakimiyyətin alternativ fikrə qarşı dözümsüzlüyü, vətəndaşların ölkə Konstitusiyasında təsbit olunmuş İnsan Haqları Konvensiyasının 11-ci maddəsində birləşmək azadlığı hüququnun kobud surətdə tapdanması kimi qiymətləndirir. Müsavat Partiyası baş vermiş bu qanunsuzluğu qətiyyətlə pisləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA