Azərbaycan prezidenti ilham Əliyevin ali qonaqla təkbətək görüzü keçirilib

img

08-07-2009 [03:06]


İyulun 8-də Azərbaycana rəsmi səfərə gələn Suriya Ərəb Respublikasının prezidenti Bəşşar əl-Əsədin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Suriya prezidenti Bəşşar əl-Əsədi və xanımı Əsma əl-Əsədi səmimiyyətlə qarşılayıblar. Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsədlə birgə görüşü keçirilib. Sonra İlham Əliyevin və Bəşşar əl-Əsədin təkbətək görüşü olub. Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər. Prezidentlər dövlətlərimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildirib, bu səfərin Azərbaycan-Suriya ikitərəfli münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini vurğulayıblar. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA