Dondurmaların keyfiyyəti arazdırıldı, kolbasalarla bağlı tədqiqatlara star verildi

img

08-07-2009 [01:11]


Dondurmaların təkrar müayinəsinin nəticələri bəlli oldu. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, təkrar müayinələr zamanı çirklənmə halları aşkarlanmayıb: ?Tərəfimizdən 41 adda dondurma nümunəsi götürülərək yoxlanılıb. Yoxlamalar nəticəsində 17 nümunədə baktereoloji çirklənmə aşkarlanıb. Təlimata uyğun olaraq, həmin dondurmalar təkrar müayinədən keçirilib. Təkrar müayinələr nəticəsində həmin dondurmalarda çirklənmə halları aşkar olunmayıb?. İ.Abdullayev həmçinin deyib ki, hazırda kolbasalarla bağlı laborator tədqiqatlara start verilib: ?Tədqiqatların nəticələri iyulun sonunadək açıqlanacaq. Əgər götürülmüş nümunələrdə problemlər aşkarlanarsa, həmin nümunələrin istehsal olunduğu müəssisələrdə araşdırmalar aparılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA