ilham Əliyev Belarusun Baz naziri Sergey Sidorskini qəbul edib

img

07-07-2009 [07:05]


Prezident İlham Əliyev bu gün Belarusun Baş naziri Sergey Sidorskini qəbul edib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İlham Əliyev əlaqələri inkişaf etdirmək, inteqrasiya olunmaq və əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə ümumi istəyin olduğunu vurğulayıb. Qısa vaxt ərzində birgə istehsal sahələrinin yaradılmasını yaxşı təcrübə kimi dəyərləndirən İlham Əliyev bu təcrübəni digər sahələrə də tətbiq etməyin zəruriliyini bildirib. Dünyadakı mövcud iqtisadi və maliyyə böhranı şəraitində əməkdaşlığın əhəmiyyətini qeyd edən dövlət başçısı ümidvar olduğunu bildirib ki, Belarusun Baş naziri Sergey Sidorskinin Azərbaycana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcək. Belarusun Baş naziri Sergey Sidorski Belarus Prezidenti Aleksandr Lukaşenkonın salamlarını dövlətimizin başçısına çatdırıb. Sergey Sidorski bildirdi ki, dünyadakı maliyyə böhranına baxmayaraq dövlətlərimizin başçılarının müəyyənləşdirdiyi uğurlu siyasət nəticəsində əlaqələrimiz inkişaf edir və bu siyasət əməkdaşlığımızın daha da genişlənməsi üçün yaxşı imkan yaradır. İlham Əliyev Prezident Aleksandr Lukaşenkonın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA