indiyədək 1396 soydazımız əsir və girovluqdan azad olunub

img

07-07-2009 [04:26]


Bu ilin altı ayı ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupunun fəaliyyəti nəticəsində bir sıra nəticələr əldə olunub. Dövlət Komissiyasının İşçi Qrupundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə 15 görüş keçirilib, əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb. Araşdırma zamanı 1 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib və adı müvafiq siyahıya salınıb. İşçi Qrup bəyan edib ki, 1 iyul 2009-cu il tarixə olan məlumata görə, 4211 azərbaycanlı itkin düşmüş, 1396 soydaşımız isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 30 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 51 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib. Altı ay ərzində Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 232 nəfər barədə sorğular göndərilib. Bu kateqoriyadan olan 450 nəfərin ?şəxsi iş?i yaradılıb. Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 112 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar, təhlil edilib və sistemləşdirilərək müvafiq bazalara əlavə edilb. İtkin düşmüş 17 vətəndaşın valideynləri tərəfindən Respublika Prezidentinə, ?Heydər Əliyev fondu?na, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılıb, onların qaldırdıqları məsələlər araşdırılıb. İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 29 sorğu icra olunub. Altı ayda Dövlət Komissiyasına müraciət etmiş 87 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib. İşçi Qrupun məlumatına görə, 8 oktyabr 2008-ci il və 10 may 2009-cu il tarixlərində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri Həsənov Rafiq Rəhman oğlu və Hacıyev Anar Xanbaba oğlunun azad olunması istiqamətində aparılan mütamadi tədbirlər barədə onların valideynləri bilgiləndirib. İşçi Qrup bu ilin ötən dövründə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müxtəlif beynəlxalq tədbirlərdə təmisil olunduğunu xatırladıb. Həmin tədbirlərdə erməni soyqırımı, azərbaycanlı əsir və itkinlər barədə xarici qonaqlar məlumatlandırılıb. Hesabat dövründə Dövlət Komissiyasının xəttilə erməni terroru, əsir və itkinlər, Xocalı faciəsi və digər qanlı cinayət faktlarını əks etdirən 20 min ədəddən çox kitab, disk, foto respublikamızda və xarici ölkələrdə yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA