Ermənistan və Azərbaycan hüquq müdafiəçiləri Brüsseldə görüzəcək

img

07-07-2009 [04:06]


İyulun 16-da Azərbaycanda və Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri Brüsseldə toplanacaqlar. Görüşdə Azərbaycanı hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu, Əvəz Həsənov, Kərim Kərimli və Eldar Namazov təmsil edəcəklər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Arzu Abdullayevanın sözlərinə görə, tədbir Avropa Komissiyasının, eləcə də münaqişələrin həlli ilə məşğul olan Crisis Management İnitictive, İKV/Paxchristy, İnternational Alert və Helsinki Vətəndaş Assambleyası kimi beynəlxalq təşkilatlar tərəfindən təşkil olunub. Görüşdə Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin rolu ilə bağlı müzakirələr aparılacaq, münaqişə tərəflərinin rəyi dinləniləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA