Elçin Behbudov DiN-nin və prokurorluğun yüksək rütbəli zəxsləri ilə görüzüb

img

07-07-2009 [02:40]


Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov işgəncə faktları ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) dəvət odunub. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən komitə sədri Elçin Behbudov görüşdə DİN-in və Respublika Baş Prokurorluğunun yüksək rütbəli şəxslərinin iştirak etdiyini deyib. Amma hüquq müdafiəçisi görüşdüyü rəsmilərin adını açıqlamayıb: ?Görüşdə mənim bu il ərzində komitəyə 50 işgəncə faktının olması ilə əlaqədar şikayətlər əsasında mətbuata verdiyim məlumatlar müzakirə olundu. Özü də mən bildirməmişdim ki, 50 işgəncə faktı olub. Onlar bildirdilər ki, bu faktlarla bağlı qanuna müvafiq qərarlar qəbul edilib, işgəncə faktları təsdiqini tapmayıb. Onu da dedilər ki, polis əməkdaşlarının qanundan kənar hərəkətləri aşkarlandıqda, onlar cəzalandırılır?. E.Behbudov onu da bildirib ki, görüşdə bir qədər əvvəl Lənkəran rayon Polis Şöbəsində intihar etdiyi bildirilən Əliyev Rüstəm Nəbi oğlunun işgəncə nəticəsində ölməsi haqda verilən məlumatlar da müzakirə edilib: ?Dedilər ki, bu hadisəylə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. Bildirdilər ki, bu iş də obyektiv araşdırılacaq və lazımi tədbirlər görüləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA